Operativ MM saytına istinadən ain.az xəbər verir.
İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçınılmazdır.
"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.