AZ

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10236227 nəfərə çatmışdır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.06.2025-ci il
tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış
məntəqələrinə 14843 nəfərdən ibarət 3721 ailənin qayıdışı təmin
edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin məlumatına görə həmin tarixə işğaldan
azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə
fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə
üzvlərinin sayı isə 32216 nəfər təşkil etmişdir. Xankəndi
şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər
tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə
məskunlaşmış əhalinin ümumi sayı 48209 nəfər təşkil etmişdir.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd
sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Seçilən
6
30
report.az

10Mənbələr