Rusiya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycana minnətdardır.
KONKRET.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Tehranda olan bütün vətəndaşlarımızın təxliyə imkanı təmin edilir. Təxliyə Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqəsinə həyata keçirilir. Azərbaycanlı dostlarımız da maksimum əlverişli şərait yaradırlar. Buna görə onlara çox minnətdarıq”, – D.Peskov qeyd edib.
Onun sözlərinə görə, İrandan rusiyalıların təxliyəsi üzrə iş 24 saat davam edir.