AZ

İnzaqinin yeni klubu məlum oldu

style='margin-bottom:10px;'>

İtaliyalı mütəxəssis Filippo İnzaqinin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, o, "Palermo"nun yeni baş məşqçisi olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı məşqçi ilə 2+1 illik müqavilə imzalanıb. O, işinə iyulun 1-də başlayacaq.

İnzaqinin son klubu "Piza" olub. O, bu il İtaliya təmsilçisindən ayrılıb. Mütəxəssis karyerası ərzində "Milan", "Bolonya", "Venetsiya", "Benevento", "Breşiya", "Regina", "Salernitana"da da işləyib.

F.İnzaqi məşhur məşqçi Simone İnzaqinin qardaşıdır.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr