AZ

“Çelsi” “Lion”un gənc futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Çelsi” klubu “Lion”un (Fransa) gənc futbolçusu Malik Fofananı transfer etmək istəyir.

“Report” "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı cinah oyunçusu ilə maraqlanır.

2024-cü ildən Fransa təmsilçisinin formasını geyinən belçikalı futbolçu bu müddətdə bütün yarışlarda meydana çıxdığı 41 oyunda 11 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, belçikalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, 42 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.

Seçilən
2
1
report.az

2Mənbələr