AZ

Azərbaycanda metal filizləri hasilatı 76%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda metal filizlərihasilatının dəyəri 241,4 milyon manat olub.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104 milyon manat vəya 75,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesindəistehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilinmüvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyonton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkiledib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faizartıb.

Seçilən
12
1
az.trend.az

2Mənbələr