Bakı. Trend:
Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Camaal Hillvə Xalil Ruantri arasında üz-üzə mərasimi Dağüstü Parkda təşkilolunub.
Bakı Şəhər Halqasından Trend-ə bildiriblər ki, tədbirdə azərbaycanlı UFCdöyüşçüləri Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev dəiştirak ediblər.
Turnir iyunun 21-də Kristal Zalda gerçəkləşəcək. Gecənin əsasqarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill iləkeçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecəninikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çilitəmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə baştutacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri NazimSadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləriisə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlıMıqtıbek Orolbay olacaq.