Bakı.Trend:
Bugünədək 46656 sürücü nəzəri və praktiki təlimlərə cəlb olunub.Proqramın yekununda DİM tərəfindən imtahan təşkil edilir. İndiyədək35929 sürücü imtahandan keçib.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindənbildirilib.
Qeyd edək ki, təlim zamanı iştirakçılara taksi iləsərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq vəvəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcədə, etik davranış qaydaları aşılanır. Tədris proqramına taksifəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqramtəminatlarından istifadə, sürücünün iş və istirahət rejiminormalarına riayət olunması, hərəkətin təhlükəsizliyinin təminedilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxiledilib.
Taksi minik avtomobilində sürmə təlimi zamanı hərəkətə başlama,manevretmə və avtomobillərin yolun hərəkət hissəsindəyerləşdirilməsi qaydalarına uyğun idarəetmə, sərnişinlərinrahatlığını və təhlükəsizliyini təmin edən idarəetmə üsulları,mürəkkəb yol şəraitində, eləcə də, hərəkətin intensiv olduğuyollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarəedilməsi aşılanır.