17–21 iyun tarixlərində Bakı Atıcılıq Mərkəzində Stend Atıcılığı üzrə Federasiya Kuboku 2025 keçiriləcək.
Azərbaycan və Özbəkistandan olan idmançıların təmsil olunduğu yarışlarda gənclər (U18 və U21) və böyüklər yaş kateqoriyaları üzrə 70-dən çox atıcı güclərini sınayacaq. İdmançılar stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə yalnız fərdi yarış formatında kubok uğrunda mübarizə aparacaqlar.