AZ

Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Qars şəhərində Azərbaycan və Türkiyə iş adamlarının iştirakı iləTürkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib. Bu məqsədləbir qrup Azərbaycan iş adamı, o cümlədən Naxçıvan MuxtarRespublikası Sahibkarlar Konfederasiyasına üzv olan sahibkarlar vəKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələriQars şəhərinə səfər ediblər.

Ölkəmizin Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, TürkiyəninOdalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatasının vəKOBİA-nın birgə təşkiatçılığı ilə keçirilən forumda hər iki ölkəniniqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən biznesnümayəndələri ilə yanaşı, Türkiyənin Ardahan, İğdır, Ağrı, Erzurum,Van kimi bölgələrinin ticarət palatalarının, Türkiyənin Kiçik vəOrta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) regionalnümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Forumun məqsədi Azərbaycanda yaradılmış əlverişli biznes vəinvestisiya mühiti, xüsusilə Naxçıvan Muxtar Respublikasının biznesimkanları barədə Türkiyə iş adamlarını məlumatlandırmaq, eləcə dəsahibkarlar arasında əlaqələrin genişləndirilməsi, ikitərəfliticarətin, o cümlədən sərhədyanı ticarətin təşviq edilməsidir.

Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakısəfiri Rəşad Məmmədov, Qars valisi Ziya Polat, KOBİA-nın İdarəHeyətinin sədri Orxan Məmmədov, Qars Ticarət və Sənaye Palatasınınsədri Kadir Bozan və KOSGEB-in sədr müavini Selim Serkan Ercanmövzu ətrafında çıxış edərək, ölkələrimiz arasında iqtisadi-ticarətəlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsinə,yeni əməkdaşlıq istiqamətlərinə dair fikir və təkliflərinibölüşüblər.

Forum çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən hər ikiölkənin biznes və investisiya imkanları, sərhədyanı ticarətə dairpotensial barədə təqdimatlar keçirilib, şirkətlər fəaliyyətləri vəmümkün əməkdaşlıq istiqamətləri barədə çıxış ediblər.

Səfər çərçivəsində Azərbaycan iş adamları Qarsda fəaliyyətgöstərən bir sıra müəssisələrdə olub, yerli iş adamları iləikitərəfli görüşlər keçiriblər.

Eyni zamanda, KOBİA nümayəndələri Qars Ticarət və SənayePalatasının rəhbəri Kadir Bozan, Qars Valisi Ziya Polat və QarsBələdiyyə başkanı Ötüken Senger ilə görüşüb. Görüşlərdə biznesdairələri arasında əməkdaşlıq, regionlararası əlaqələringenişləndirilməsi imkanları, sərhədyanı ticarət üçün potensialdanistifadə və bu sahədə müvafiq təşkilatların birgə fəaliyyətimüzakirə edilib. Həmçinin, KOBİA nümayəndələri AzərbaycanRespublikasının Qars şəhərindəki Baş Konsulluğunda olublar.

Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Qarsda
Seçilən
30
12
az.trend.az

10Mənbələr