AZ

Avropa İttifaqı Rusiya qazından tamamilə imtina edir

Avropa Komissiyası Aİ ölkələrinə Rusiyadan qaz almağı tamamilə qadağan etməyi təklif edir.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

 Aİ ölkələrinə 2026-cı ildən Rusiyadan qaz tədarükü üçün qısamüddətli müqavilələr, 2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələr bağlamağı qadağan etməyi təklif edilib. 

Bundan əlavə, AK Aİ ölkələrini veto hüququndan məhrum edərək, Rusiyadan qaz alışına qoyulan qadağanı  Aİ Şurasında ixtisaslı səs çoxluğu ilə təsdiq etməyi planlaşdırır.

 Macarıstan və Slovakiya Avropa Komissiyasının Rusiya enerji təchizatından tamamilə imtina etmək planına veto qoyub.

Əfsanə Kamal
Demokrat.az

Seçilən
9
7
demokrat.az

10Mənbələr