BAKI. 17 iyun. TELEQRAF
Gənclər və idman naziri Fərid Qayıbov Bakıdakı UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Qayıbov iyunun 21-də keçiriləcək döyüşlərdə hər 3 idmançıya uğurlar arzulayıb.
İdmançılar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.
Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Azərbaycanı təmsil edəcək döyüşçülərdən Tofiq Musayev UFC-də debüt edəcək.