AZ

Bu qurumun avtomobil alışı ilə bağlı 687 minlik tenderi ləğv edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərin satın alınması ilə bağlı tenderi baş tutmayıb. 

Hit.az xəbər verir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə tender ləğv edilib. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 687 940 manatdır. 

Komitə bu məbləğə 1 ədəd su daşıyan, 1 ədəd məişət tullantılarını daşıyan maşın, 1 ədəd isə sərnişin avtobusu almaq istəyirdi.

Abbas 

Seçilən
17
hit.az

1Mənbələr