AZ

Məzun qız müharibədə həlak olmuş atanın gödəkçəsi ilə vals ifa edib...

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Bununla bağlı ürək parçalayan video yayımlanıb...

...Ukraynada, Karpat bölgəsində məzun Kristina Marçuk müharibədə həlak olan atasının gödəkçəsi ilə vals ifa edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə NV məlumat yayıb.

Məzunların məktəbin başa çatması ilə bağlı təntənəli tədbirdə ifa etdikləri ənənəvi rəqs Kristinanın atası ilə bölüşə bilmədiyi bir şey idi, çünki o, Ukraynanı müdafiə edərkən həlak olub. Belə ki, qız pencəyi əlinə alıb, göz yaşları içində rəqs edib. Rəqsin sonunda sinif yoldaşları məzuna dəstək olublar.

...Kristina İvano-Frankivsk vilayətinin Delyatın şəhərindəki 3 saylı liseyi bitirib. Qızın atası Andrey Nikolayeviç Marçuk 2022-ci il martın 13-də vəfat edib.

Həmin ərəfədə döyüşçünün 48 yaşı var imiş.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
sia.az

2Mənbələr