AZ

İyunun 18-dən Avropadakı israillilərin ölkəyə qaytarılmasına başlanılacaq

İsrailin "El Al", "Arkia" və "Israir" aviaşirkətləri ölkə hökumətindən xüsusi reyslərin həyata keçirilməsi üçün icazə aldıqlarını açıqlayıblar...

APA xəbər verir ki, bu barədə El Al şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu reyslər Avropada olan israillilərin vətənə qaytarılması məqsədi daşıyır.

Qeyd olunur ki, ilk təyyarələr iyunun 18-də havaya qalxacaq.

İlkin mərhələdə söhbət Avropanın müxtəlif şəhərlərindən həyata keçiriləcək təxliyə reyslərindən gedir.

Poliqon.info

Seçilən
13
2
poliqon.info

3Mənbələr