AZ

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

Azərbaycan Dövlət Televiziyası (AzTV) İranın sabiq prezidenti Mahmud Əhmədinejatın qətli ilə bağlı informasiyanın rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyini bildirərək, tamaşaçılardan üzr istəyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı televiziya kanalı bəyanat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB


“20:00-da yayımlanan ‘AzTV Xəbər’ buraxılışında İranın sabiq prezidenti Mahmud Əhmədinejata sui-qəsd olunması ilə bağlı məlumat səsləndirilib.

Bu informasiya rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi üçün tamaşaçılardan üzr istəyirik", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, Əhmədinejatın ofisi də yayılan məlumatları təkzib edib.


Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr