AZ

816 cüdoçu qələbə uğrunda yarışacaq

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürəcək.

İdman.biz xəbər verir ki, liqada 94 klub və idman cəmiyyətindən olan 816 cüdoçu (651 oğlan, 165 qız) mübarizə aparacaq.

Yeniyetmə cüdoçular 16 çəki dərəcəsində medalçıları müəyyənləşdirəcəklər. Turnirə ayın 20-də yekun vurulacaq.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr