AZ

Xorvatiya millisinin üzvü Türkiyə KLUBUNDA

Türkiyənin "Kocaelispor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Super Liqaya yüksələn klub Zaqreb "Dinamo"sundan ayrılan Bruno Petkoviçi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı forvard cümə günü Türkiyəyə gedərək rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü olan Bruno Petkoviç ötən mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 26 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
37
bizim.media

1Mənbələr