İsrail Müdafiə Qüvvələri Tehranın 18-ci bölgəsinin sakinlərini sığınmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, çağırış İsrail ordusunun sosial şəbəkəsində fars dilində dərc olunub.
İsrail ordusu yaxın saatlarda bölgədəki hərbi infrastrukturun hücuma məruz qalacağını bildirib.
***
İsrail Müdafiə Qüvvələri Tehran ərazisinə hücumun başladığını açıqlayıb.
“NourNews” agentliyi də öz növbəsində Tehranın ətraflarında partlayış baş verdiyi haqda məlumatlar yayıb.