BAKI, 18 iyun. TELEQRAF
Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Teleqraf xəbər verir ki, altıncı yarış günündə 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev tatami üzərinə çıxacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi yarışa 1/16 final mərhələsindən başlayacaq. 27 yaşlı idmançı Jared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Dünya çempionatı
18 iyun
100 kq
1/16 final. Zelim Kotsoyev - Jared Kosse (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi
Qeyd edək ki, indiyədək fərdi mübarizədə Azərbaycanın 4 qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. 7 kişi cüdoçudan Zelim Tçkayev 81 kq çəki dərəcəsində, Elcan Hacıyev isə 90 kq-da bürünc medal qazanıb, Rəşid Məmmədəliyev 73 kq-da 7-ci yeri tutub.