Paytaxtda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.