AZ

"Panda Noodles" restoranı satışa çıxarılıb

Bakı şəhərində, Cavanşir körpüsünün yaxınlığında yerləşən və hazırda "Panda Noodles" Çin mətbəxi kimi fəaliyyət göstərən ictimai iaşə obyekti satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, satış qiyməti 1 390 000 manat təşkil edir.

Ümumi sahəsi 130 kvadratmetr olan obyektin tavan hündürlüyü 4,5 metrdir. Müasir üslubda dizayner təmiri olan obyekt kombi istilik sistemi, keramoqranit döşəmə və isti döşəmə ilə təchiz edilib. Məkan havalandırma sistemi ilə tam təmin olunub, mətbəx havalandırması ayrıca şəkildə binanın damına qədər uzadılıb.

Obyektdə kamera müşahidə sistemi, audio və video avadanlıqları, həmçinin vitraj panoramalı pəncərələr mövcuddur. Hər iki tərəfində geniş terras sahələri olan obyektin qarşısında avtodayanacaq da nəzərdə tutulub. Hazırda obyekt uzunmüddətli müqavilə əsasında aylıq 5500 manata icarədədir.

Qeyd edək ki, obyektdəki avadanlıqlar və mebellər icarəçiyə məxsusdur və hamısı yenidir. Ətraf ərazidə tanınmış pub, restoran, bank, moda evi, lounge və "coffee shop" kimi müəssisələr yerləşir. Sənədi qeyri-yaşayış təyinatlı çıxarış olan obyekt "Şah İsmayıl Xətai" metro stansiyası yaxınlığında yerləşir.

Satışda olan bu kommersiya obyektinə maraq göstərən şəxslər (055) 601 95 85 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Alqı-satqı zamanı ofis haqqı 1 faiz təşkil edir.

Mayya Hüseynova

Seçilən
11
valyuta.az

1Mənbələr