BAKI, 18 iyun. TELEQRAF
İsrail ordusu gecə saatlarında İranın paytaxtı Tehranda sentrifuqa istehsal sahələrinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Hücum dalğası zamanı bir neçə silah, o cümlədən raketlərin yığılması üçün xammal və komponentlərin istehsalı obyektləri məhv edilib.