AZ

Avropa çempionu 72 yaşında vəfat etdi

Fransa futbolunun canlı əfsanələrindən biri Bernar Lyakomb vəfat edib.

Publika.az xəbər verir ki, o, 72 yaşında həyatla vidalaşıb.

Hücumçu mövqeyində çıxış etmiş Lyakomb karyerası ərzində "Lion", "Sent-Etyen" və "Bordo" klublarının formasını geyinib. O, Fransa çempionatında vurduğu 255 qolla bu göstəricidə yalnız argentinalı Delio Onnisdən geri qalaraq ikinci yerdə qərarlaşıb.

Bernar Lyakomb üçqat Fransa çempionu və üçqat Fransa Kubokunun qalibi olub. Milli komandanın heyətində 38 oyun keçirib və 12 qol vurub. 1984-cü ildə Fransa yığmasının heyətində Avropa çempionu tituluna sahib çıxıb.

Seçilən
27
50
publika.az

10Mənbələr