Bakı. Trend:
İyunun 17-si 18-nə keçən gecə İran tərəfindən İsrail ərazisinəendirilmiş raket zərbələri nəticəsində 90-dan çox insanyaralanıb.
Trend xəbər verirki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumatyayıb.
“Gecə ərzində xəstəxanalara ümumilikdə 94 nəfər zərərçəkən daxilolub. Onlardan 1 nəfərin vəziyyəti orta-ağır, 85 nəfərin vəziyyətiqənaətbəxşdir, 3 nəfər isə təşviş pozuntusu diaqnozu iləxəstəxanaya götürülüb. Daha 5 nəfər isə tibbi müayinədən keçirilirvə onların vəziyyəti hələlik müəyyənləşdirilməyib”, – məlumatdabildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.