BEYLƏQAN, 18 iyun. TELEQRAF
Beyləqanda qaçırılan 18 yaşlı qız özünə xəsarət yetirib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun ərazisində yerləşən qəsəbədə baş verib.
Füzuli rayon sakini Cəfərova Türkan Ramil qızı Beyləqanda olan bir oğlana qoşularaq qaçıb. Tərəflər arasında münasibətlər normal olmadığından 3 gün sonra T.Cəfərova atasına evinə qayıdır. Bıçaqlanma hadisəsi də elə atası evinə qayıdandan baş verib. Özünə bıçaqla bud nayihəsindən özünə xəsarət yetirən T.Cəfərova yaxınları tərəfindən Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.