AZ

Hacıqabulda Ağcabədi sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Hacıqabul rayonunda bıçaqlanma olub.

DİN-in Mətbuat Xidməti Şirvan regional qrupundan "Report"un Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Hacıqabul rayon sakini, 42 yaşlı N.Abuşov aralarında yaranmış mübahisə zəminində tanışı, 30 yaşlı Q.Kərimova xəsarət yetirib.

N.Abuşov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

17.06.2025 22:36

Hacıqabulda bıçaqlanma olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini, 1995-ci il təvəllüdlü Kərimov Qasım Kərim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə rayon xəstəxanasına yerləşdirilib.

O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
25
1
cebheinfo.az

10Mənbələr