AZ

İranın atəşi nəticəsində yaralanan 94 nəfər İsrail xəstəxanalarına yerləşdirilib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İyunun 18-nə keçən gecə İrandan İsrail ərazisinə endirilən raket zərbələri nəticəsində yaralanan 94 nəfər xəstəxanalara yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Gecə ərzində 94 yaralı xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti orta ağır, 85 nəfərin vəziyyəti qənaətbəxşdir, 3 nəfərin vəziyyəti narahatlıq pozğunluğu ilə xəstəxanaya yerləşdirilib, daha 5 nəfər isə hazırda tibbi müayinədən keçirilir, onların vəziyyəti hələlik müəyyən edilməyib", - deyə məlumatda qeyd edilir.

Nazirlik qeyd edib ki, “gecə saatlarında raket zərbələri nəticəsində yaralıların təxliyyəsinə ehtiyac olmayıb”, “mühafizə zonalarına gedən yolda yaralılara tibbi yardım göstərilib”, o cümlədən “psixoloji yardıma ehtiyacı olanlar”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
15
bizimyol.info

10Mənbələr