AZ

İsraillə danışıqlar mümkünsüzdür - Xamenei

BAKI, TurkicWorld

Sionistlərlə heç vaxt danışıqlar aparılmayacaq.

TurkicWorld xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin hücumlarına münasibət bildirərək, ölkəsinin sionist rejimlə heç vaxt danışıqlara getməyəcəyini bəyan edib.

O, bununla bağlı rəsmi “X” sosial şəbəkəsində ərəb dilində paylaşım edib.

Paylaşımda “Terrorçu sionist rejimlə qətiyyətlə mübarizə aparılmalıdır. Biz heç vaxt sionistlərlə danışıqlar aparmayacağıq” ifadələri yer alıb.

Qeyd edək ki, İsrailin Tehrana və digər strateji məntəqələrə hava hücumlarından sonra tərəflər arasında qarşılıqlı raket zərbələri davam edir. Gərginliyin artdığı bir vaxtda Xameneinin bu bəyanatı regionda sülh imkanlarını daha da zəiflədən mesaj kimi qiymətləndirilir.

Seçilən
107
50
turkic.world

10Mənbələr