AZ

Nazir müavini: Bakı, Ələt və Türkmənbaşı limanlarından daha geniş istifadə təşviq olunur

Bakı, Ələt və Türkmənbaşı limanlarındn daha geniş istifadə təşviq edilir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirin açılışında danışıb.

“Dost və qardaş Türkmənistanla münasibətlərimiz tarixi dəyərlərə əsaslanır. 9 iyunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyini qeyd etdik. Dövlət başçılarının liderliyində əlaqələrimiz daha da gücləndirilir. Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq sazişi münasibətlərin təməlini təşkil edib. İki ölkə arasında hokumətlərarası komissiyanın iclaslarının keçirilməsi də əlaqələrin inkişafına xidmət edir”, - o qeyd edib.

Nazir müavini vurğulayıb ki, iki ölkə arasında quru sərhəd olmasa da, Xəzər dənizi birləşdirici faktordur:

“Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilib. İki ölkə arasında bu sahədə əməkdaşlıq genişləndirilir”.

Seçilən
17
report.az

1Mənbələr