Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.
Qurban Qurbanovun komandasının potensial rəqiblər arasında "Riyeka" (Xorvatiya) və "Pafos" (Cənubi Kipr), həmçinin ilk raundda üz-üzə gələcək "Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS - "Şkendiya" (Şimali Makedoniya), "Levadiya" (Estoniya) - RFS (Latviya), "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq), "Vikinqur" (Farer adaları) - "Linkoln Red İmps" (Cəbəllütariq), "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya), "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya), "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Hersoqovina) və "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütlərinin qalibləri olacaq.
Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta