AZ

Azərbaycan ilə Maldiv arasında qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş qüvvəyə minir

Bakı. Trend:

İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə MaldivRespublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportsahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqındaSaziş” qüvvəyə minir.

Trend xəbər verir ki, Saziş2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov və MaldivRespublikasının xarici işlər naziri Abdulla Xəlil arasındakeçirilmiş görüşdə imzalanıb.

Müvafiq Qanun layihəsi Azərbaycan Respublikasının MilliMəclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirəedilərək qəbul olunub, daha sonra isə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev tərəfindən təsdiq edilib.

Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmipasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaqvasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin dahamöhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.

Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti(rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinəvizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriştarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.

Məqalədə:
Seçilən
20
49
az.trend.az

10Mənbələr