AZ

Ermənistandan azərbaycanlıların deportasiyası dövlət səviyyəsində verilmiş xüsusi qərarlar əsasında həyata keçirilib - Əli Əhmədov

Bakı. Trend:

Ermənistandan azərbaycanlıların deportasiyası sovet dövründə başversə də, bu fakt törədilmiş cinayətin unudulması anlamınagəlmir.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisi sədrinin birincimüavini Əli Əhmədov bu gün keçirilən “Qanunun aliliyiningücləndirilməsi: ombudsmanların və milli insan hüquqlarıinstitutlarının rolu” mövzusunda Ombudsmanların BeynəlxalqSimpoziumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, bu deportasiya dövlət səviyyəsində verilmişxüsusi qərarlar əsasında həyata keçirilib:

“Həmin qərarlar qeyri-insani, hüquq və ədalət prinsiplərinə ziddolub. Bu qərarlar nəticəsində kütləvi şəkildə insan hüquqlarıpozulub. Hesab edirəm ki, Azərbaycan xalqı, xüsusilə də həmindövrdə Ermənistandan çıxarılan insanların varisləri bu pozulmuşhüquqların bərpasını hüquqa tam uyğun və zəruri bir vəzifə kimiqəbul edə bilərlər. Əminəm ki, Azərbaycanın hüquq-mühafizə vəməhkəmə orqanları bu istiqamətdə lazımi işləri görür və gələcəkdədə görəcək”.

Seçilən
27
4
az.trend.az

5Mənbələr