AZ

Nikol Paşinyan Samvel Karapetyandan danışıb: Mən buna dözməyəcəm

Samvel Karapetyanın bəyanatı kilsə haqqında deyil, Ermənistan Respublikası haqqında idi.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, elə təəssürat yaratmağa çalışıblar ki, kimlərsə haradansa Ermənistana gələ və burada məsələləri öz metodları ilə həll edə bilərlər. Baş nazir deyib ki, Ermənistanın konkret cavab rıçaqları var və o, heç kimin belə şeylər deməsinə dözməyəcək.

“Ermənistan demokratik ölkədir, burada hər kəsin fikir bildirmək və toplantılar keçirmək hüququ var, amma heç kim bizim ölkəmizi təhdid edə bilməz”, - Paşinyan vurğulayıb.

O, istənilən halda ən sərt addımları atacağını bəyan edib.

“Samvel Karapetyan deyib ki, siyasətçilər uğur qazana bilməsələr, biz öz yolumuzla müdaxilə edəcəyik. Bu bəyanat artıq adekvat qiymət alıb və alacaq”, - Baş nazir əlavə edib.

Seçilən
4
6
apa.az

8Mənbələr