AZ

Azərbaycanda mənzil tikintisinə yönəldilən investisiyalar 68,8% artıb

BAKI, 18 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda mənzil tikintisinə 1 milyard 94,8 milyon manat xərclənib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu istiqamətdə vəsait qoyluşu 68,8% artıb.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, cari ilin ilk beş ayında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 16,4%-i mənzil tikintisinə sərf edilib.

Qeyd edək ki, əsas kapitala qoyulan infestisiyaların 16,4%-i yaşayış evlərinin tikintisinə yönəldilib.

Seçilən
1
teleqraf.com

1Mənbələr