Bakı. Trend:
Süni torpaq sahələrində kazino oyunlarının təşkili vəkeçirilməsi üçün hüquqi əsas yaradılır.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrininbu gün keçirilən birgə iclasında müzakirə olunan “Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sünitorpaq sahələrinin yaradılması haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında kazinooyunları bu qanunun tələbləri nəzərə alınmaqla yalnız süni torpaqsahələrində təşkil edilə və keçirilə biləcək.
Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaqsahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusiayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdərulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı,habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi vəsair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdənvə ya təsadüfdən asılı olan oyunlar başa düşülür. “Lotereyalarhaqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar və“Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydadakeçirilən idman mərc oyunları kazino oyunları hesabolunmayacaq.
Kazino oyunlarının virtual formada, o cümlədən internetşəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digərelektron rabitə vasitələri, internet və mobil telekommunikasiyatətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalarvasitəsi ilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçünbiletlərin (və ya biletə bərabər tutulan digər iştirakhüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniştapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digərəməliyyatlarının maliyyə institutları tərəfindən icrasına(aparılmasına) yol verilməyəcək.
Kazino oyunları “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunolaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasınavə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavabverməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının(rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətlərigöstərən şəxslərə münasibətdə – müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənverilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarınıntəşkilatçısı) tərəfindən təşkil ediləcək. Kazino oyunlarınıntəşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinəyetirən hüquqi şəxsə veriləcək.
Kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən ediləcək.
Kazino oyunlarının təşkilatçısı “Cinayət yolu ilə əldə edilmişəmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinəqarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş vətəndaşqüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanundanəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat vəvergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə – müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyinəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçünmülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləntələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu)cəlb edə biləcək.
Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənetdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən həyata keçiriləcək.
Kazino oyunlarının təşkilatçısı və operatoru “Cinayət yolu iləəldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyəsanksiyaları haqqında” qanunların, bu qanunla müəyyən edilmişkazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və“Lisenziyalar və icazələr haqqında” qanuna uyğun bağlanılanlisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərinvə şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verənlisenzivanın davandırılması və va ləğvi ücün əsas olacaq.
21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayıiştirakına yol verilməyəcək.
Yuxarıdakı müddəalar süni torpaq sahələrində “Lotereyalarhaqqında” Qanunla müəyyən edilmiş qaydada lotereyaların və “Bədəntərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada idmanmərc oyunlarının keçirilməsini istisna etməyəcək.
Həmçinin, süni torpaq sahələrində sahibkarlığın təşviqi vəinkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsiüçün şərait yaradılması təmin ediləcək. Süni torpaq sahələrindənormativ hüquqi aktlarla qadağan olunmayan bütün sahibkarlıqfəaliyyəti növləri həyata keçirilə bilər.