AZ

Kazino oyunlarının təşkilatçıları ilə bağlı yeni qayda müəyyənləşir

Bakı. Trend:

Kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyəinstitutları və peşə sahibləri hesab ediləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrininbu gün keçirilən birgə iclasında müzakirə olunan “Cinayət yolu iləəldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, kazino oyunlarının təşkilatçısına vəoperatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələblərimüştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdəmaliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.

Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğutədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyəəməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmişməlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydadahəyata keçirilməlidir. Bu halda kazinolarda yalnız çiplər və yatokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlıəməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.

Məqalədə:
Seçilən
8
5
az.trend.az

10Mənbələr