AZ

"Qarabağ"ın ÇL-dəki rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra məlum olub. Azərbaycan çempionunun 2025/26 mövsümündəki macərası “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə başlayacaq. Təmsilçimiz ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.

Seçilən
24
publika.az

1Mənbələr