AZ

Uşaqları günvurma riskindən qorumağın yolları

Bakı. Trend:

İsti yay günlərində uşaqları günvurma riskindən qorumaq üçünvalideynlər xüsusilə diqqətli olmalıdırlar.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, günün ən isti saatları – yəni saat11:00-dan 17:00-a qədər – uşaqların birbaşa günəş şüalarına məruzqalması təhlükəlidir:

“Bu səbəbdən, açıq havada oynamaq üçün səhər tezdən və yaaxşamüstü saatları seçilməlidir. Uşaqlara yüngül, açıq rəngli vəhava keçirən paltarlar geyindirilməli, başlarına papaq qoyulmalı vəbədənlərinin mümkün qədər örtülü olmasına diqqət edilməlidir”.

Mütəxəssis-ekspert bildirib ki, günəş altında olduqları hallardadəri üçün qoruyucu kremlər istifadə olunmalıdır:

“Xüsusilə də 6 ay və yuxarı yaşda olan uşaqlarda SPF 30 və yadaha yüksək qoruma təmin edən məhsullar seçilməlidir. Bol mayeqəbul etmək vacibdir, çünki uşaqlar oynayarkən, bədənləri tezsusuzlaşır və bu, günvurma riskini artırır. Ən əsası isə uşaqlarıkölgəli, sərin və ventilyasiyalı mühitlərdə saxlamaq, lazımgəldikdə onları tez-tez sərin su ilə yumaq və ya duş qəbul etdirməkhəm rahatlıq, həm də təhlükəsizlik baxımından çox faydalıdır”.

Z.Quliyev sonda bildirib ki, valideynlər bu tədbirlərləövladlarını günvurma və susuzluqdan asanlıqla qoruya bilərlər.

Məqalədə:
Seçilən
32
2
az.trend.az

7Mənbələr