UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, qurumun UEFA-nın mənzil-qərərgahında baş tutan tədbirdə Azərbaycan təmsilçiləri "Zirə" iləə "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.
Mübarizəyə məhz bu mərhələdən başlayacaq komandalarımızdan paytaxt klubuna "Hayduk"(Xorvatiya) rəqib olub.
"Araz-Naxçıvan" isə avrokubokda debütünü "Aris" (Yunanıstan) komandasına qarşı reallaşdıracaq.
Həm Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar", həm də Elmar Baxşıyevli "qırmızı-qağlar" ilk oyununu iyulun 24-də evdə keçirəcək. Mərhələnin cavab görüşləri iyulun 31-də baş tutacaq.