AZ

Sosial Xidmətlər Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib - FOTOLAR 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

QHT.AZ xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərlə aparılan sosial iş, onlara göstərilən sosial xidmətlər, eləcə də həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər Agentlik tərəfindən səyyar, stasionar və yarımstasionar xidmətlərlə təmin edilirlər. Xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın bir sıra bölgələrində müxtəlif tədbirlər də həyata keçirilir.

İmtiyazlı şəxslərin mənzil təminatı, sanatoriya-kurort yollayışları, eləcə də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər mövzular barədə ətraflı məlumat verilib. Hədəflər, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub.

Agentliyin fəaliyyət istiqamətlərinə aid mövzularda qonaqları maraqlandıran suallar cavablandırılıb.

İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri və təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Seçilən
6
3
ictimaishura.az

4Mənbələr