AZ

Zelim Kotsoyev: "1/4 finalda arxayınlığın qurbanı oldum"

"Dünya çempionatında bürünc qazandığım üçün çox şadam".

İdman.biz xəbər verir ki, bunu Budapeştdə keçirilən dünya çempionatının bürünc medalçısı Zelim Kotsoyev (100 kq) deyib.

Paris-2024 Olimpiya Oyunlarının qalibi 1/4 finaldakı məğlubiyyətini şərh edib: "Buraya qızıl medal qazanmaq və ötən il əldə etdiyim titulu qorumağa gəlmişdim. Təəssüf ki, arzum reallaşmadı. 1/4 finalda öz səhvim üzündən məğlub oldum. Rəqiblə görüşdə bir az da arxayınlığın qurbanı oldum. Amma dünya çempionatını medalla tərk etmədiyimə görə çox xoşbəxtəm".

Qeyd edək ki, Azərbaycan yığmasının cüdoçu 1/4 finalda Arman Adamyana (İJF) uduzub. Bundan sonra Kotsoyev təsəlliverici görüşdə Nikolos Şerazadişviliyə (İspaniya), bürünc medal uğrunda mübarizədə isə Sex-Yon Kimə (Cənubi Koreya) qalib gəlib.

İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr