İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefonla danışıb.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Netanyahu İranla münaqişədə İsraili dəstəklədiyinə görə Trampa təşəkkür edib.
“İsrail Dövlətinin böyük dostu olan prezident Trampa təşəkkür etmək istəyirəm. Ona dəstəyinə, bizim tərəfimizdə dayandığına və ABŞ-nin İsrailin səmasını qorumaqda göstərdiyi köməyə görə təşəkkür edirəm. Dünən axşam da daxil olmaqla, davamlı ünsiyyət qururuq. Çox səmimi söhbət oldu. Dəstək üçün prezident Trampa təşəkkür edirəm”, – Netanyahu bildirib.