AZ

Rusiyanın dövlət televiziyası Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfəHÖRMƏTSİZLİK EDİB

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

 

Belə ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.

  

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və bir neçə dəfə heç vaxt mövcud olmamış qondarma “Artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib.

 

V.Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib.

 

Qeyd edək ki, “Rossiya 1”in efirində, o cümlədən şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar əvvəllər də baş verib. Özü də dəfələrlə... 

Seçilən
26
17
senzor.az

10Mənbələr