AZ

Sabah Bakının iki rayonunda qazOLMAYACAQ

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda magistral qaz kəmərinin müvafiq hissəsinin dayaqlar üzərinə qoyulması və qaz sızmasının ləğvi, Suraxanı rayonunda qaz xətti üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədilə iyunun 19-da saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivlərində, Mərdəkan yeni yaşayış massivində, Daxili Qoşunlar ətrafında, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsində, Bahar, Dədə Qorqud və Sahil yaşayış massivlərində və Zığ bağlarında istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
12
38
redaktor.az

10Mənbələr