AZ

Tramp: Biz atəşkəs axtarmırıq tam qələbə axtarırıq

ABŞ Prezidenti Donlad Tramp növbəti dəfə İranın təslim olmasını tələb edib.

Operativ Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib: "Biz atəşkəs axtarmırıq. Biz tam qələbə axtarırıq. Bu, İran üçün nüvə silahının olmaması deməkdir".

ABŞ prezidenti əlavə edib: "Mən də qarışmaq istəmirəm, amma 20 ildir, bəlkə də artıqdır ki, deyirəm ki, İranın nüvə silahı olmamalıdır... Onlar bundan istifadə edəcəklər. Əminəm ki, bundan istifadə edəcəklər" .

Tramp həmçinin bildirib ki, İranın nüvə proqramı ilə bağlı sazişin bağlanması indi “əvvəlki ilə müqayisədə daha çətindir”, lakin İranla danışıqlar üçün qapı hələ də açıqdır.

Seçilən
19
45
operativmedia.az

10Mənbələr