AZ

Alimlər eşqin qrafikini yayımladı - FOTO

Johannes Gutenberg Universitetindən Louisa Schelingin rəhbərlik etdiyi bir qrup tədqiqatçı cütlüklərin münasibət məmnuniyyətindəki dəyişiklikləri günlər və hətta saatlar əsasında araşdırdı. Tədqiqat göstərdi ki, fərdlər münasibət məmnuniyyətində qısa müddətdə əhəmiyyətli dəyişikliklər yaşayırlar.

Sherg.az xəbər verir ki, məlumatlara  görə, Birləşmiş Krallıqda evliliklərin 42 faizi boşanma ilə nəticələnir. Bu göstərici 1950-ci illərdən bəri ciddi artımı əks etdirir.

Ənənəvi olaraq münasibətlə bağlı araşdırmalar illərlə davam edən məmnuniyyət səviyyələrinə fokuslanır. Lakin bu yeni tədqiqat zaman çərçivəsini daraldaraq partnyorların bir neçə gün, hətta 24 saat ərzində münasibətlərindən nə qədər razı olduqlarını analiz edib. Tədqiqata təxminən 750 cütlük qatılıb və iştirakçılar gün ərzində bir neçə dəfə münasibət məmnuniyyətlərini qeyd ediblər.

Tədqiqat nəticələri:

Tədqiqat, cütlüklərin münasibət məmnuniyyətində ciddi dalğalanmalar yaşadığını ortaya qoyub. Bu dalğalanmalar bir günlük hadisələrlə müqayisədə bir neçə günlük müddətdə daha qabarıq olur.

Eyni zamanda, bu eniş-yoxuşların cütlər arasında olduqca sinxron şəkildə baş verdiyi müşahidə olunub.

Partnyorun hiss edilən həssaslığı, məmnuniyyətin istiqamətini təyin edən ən önəmli amillərdən biri kimi ön plana çıxır.

Xüsusilə kişi partnyorun emosional stabilliyi münasibətin ümumi məmnuniyyəti üzərində əhəmiyyətli təsir göstərir.

Qısa müddətdə bu dalğalanmalar ayrılıq fikirlərini təhrik edə bilər, lakin uzun müddətdə münasibətin ümumi gedişatına təsiri məhdud olur.

Louisa Schelingə görə, bu dalğalanmalar gələcəyi proqnozlaşdırmaqdan çox, mövcud münasibət dinamikalarının əksi ola bilər.

Bu nəticələrin, xüsusilə münasibət məsləhətçiliyində cütlüklərə dəstək baxımından faydalı ola biləcəyi vurğulanır.

Tədqiqatın nəticələri "Journal of Personality and Social Psychology" jurnalında dərc olunub.

Eşqin 5 mərhələsi

Psixoloqlara görə, eşq beş əsas mərhələdən ibarətdir:

Kəpənəklər

Bu ilk mərhələ güclü ehtiras və cinsi cazibə ilə xarakterizə olunur. İştirakçıların 30%-i çəki itkisi yaşadığını, 39%-i isə məhsuldarlığının azaldığını bildirib. Bu dövrdə testosteron və östrojen istehsalı artır. 56%-i isə libidosunun yüksəldiyini qeyd edir.

Quruluş

İlkin həyəcan azalmağa başlayır, cütlər bir-birilərini daha yaxından tanımağa başlayır. Tədqiqata görə, İngiltərədə cütlərin yalnız 3%-i bu mərhələdədir. Bədən, ürək döyüntüsünü sürətləndirən və xoşbəxtlik verən monoaminlər ifraz edir, bu isə “xoş narahatlıq” hissi yaradır. Bu mərhələdə 44% yuxu problemləri, 29% diqqət yayınması yaşayıb.

Uyğunlaşma

Bu mərhələdə artıq partnyorun "uyğun" olub-olmadığı qiymətləndirilir. Sərhədlər sorğulanır və stres səviyyəsi artır.

Səmimiyyət

Bu mərhələ, insanın gerçək kimliyini ortaya qoyduğu dövrdür. Sosial şəbəkələrdə təqdim edilən “qüsursuz” imicin arxasında gerçək mənliyin üzə çıxması, 15% hallarda şübhə və həssaslıq hissini tətikləyir. Psixoloq Dr. Linda Papadopoulosa görə, bu mərhələdə münasibətdə əsl səmimiyyət başlayır.

Tarazlıq

İlk dörd mərhələni uğurla keçən cütlər güvən və bağın artdığı bir tarazlıq mərhələsinə çatır. İştirakçıların 50%-i bu mərhələyə gəldiyini bildirir, 23%-i isə daha xoşbəxt olduğunu qeyd edir. Orqazm zamanı ifraz olunan vazopressin və doğum zamanı salınan oksitosin hormonları bağlılığı artırır.

Dr. Papadopoulosa görə, məhz bu mərhələdə həqiqi bir rahatlıq və dinclik səviyyəsi ortaya çıxır. Cütlər bir-birinə həqiqətən dəstək verdiyini hiss edir.
Seçilən
16
1
sherg.az

2Mənbələr