AZ

Donald Tramp İrana hücum planını təsdiqləyib - KİV

ABŞ Prezidenti Donald Tramp İrana hücum planını təsdiqləyib , lakin onun həyata keçirilməsi üçün hələ əmr verməyib.

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ağ Ev rəhbəri İranın nüvə proqramından əl çəkməyə qərar verəcəyi təqdirdə hücum əmrini verməyəcək. 

Qeyd olunub ki, İran və İsrail arasında münaqişə davam edərkən, Tramp ABŞ-nin İrana zərbə endirməsi də daxil olmaqla bir neçə variantı nəzərdən keçirir. 

Mümkün hədəflərdən birinin Fordodakı uranın zənginləşdirilməsi zavodu olduğu vurğulanıb.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
21
50
missiya.az

10Mənbələr