AZ

Qərar İran və İsrailin siyasi rəhbərliyindən asılıdır

“Biz İranda cəmiyyətin ölkənin siyasi rəhbərliyi ətrafında birləşməsini görürük”.

Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində

İran-İsrail münaqişəsi və İranda mövcud rejimin devrilmə ehtimalı ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, İranda yeraltı zavodlar mövcddur və onlara heç nə olmayıb.

Son Yazılar:

Putin deyib ki, İran-İsrail münaqişəsinin bütün iştirakçılarının bütün tərəflərin maraqlarını nəzərə alaraq razılığa gəlməsi düzgün olardı:”Razılaşma İranın dinc nüvə enerjisi hüququnu və İsrailin qeyd-şərtsiz təhlükəsizlik hüququnu nəzərə almalıdır. Ümumiyyətlə, belə bir həll yolu tapmaq olar”.

Dövlət başçısı bildirib ki, Rusiya bütün tərəflərlə mümkün İran-İsrail razılaşmasının detallarını müzakirə edib. O, Rusiyanın İranla çox yaxşı münasibətlərinin olduğunu söyləyib.

Putin Moskvanın Tehranla dinc nüvə enerjisi sahəsində əməkdaşlığı davam etdirə biləcəyini vurğulayıb.

“Biz heç kimin üzərinə heç nə qoymuruq, sadəcə olaraq vəziyyətdən çıxış yolunu necə gördüyümüzü deyirik, amma qərar İran və İsrailin siyasi rəhbərliyindən asılıdır”, – Rusiya lideri əlavə edib.

Seçilən
8
5
viral.az

6Mənbələr