BAKI, 19 iyun. TELEQRAF
Klublararası Dünya Çempionatının G qrupunda ilk tura yekun vurulub.
Teleqraf xəbər verir ki, Vaşinqtonda “Yuventus” BƏƏ-nin “Əl-Ayn” klubunu 5:0 hesabı ilə məğlub edib.
Turinlilərin heyətində Randal Kolo Muani (11 və 45+4-cü dəqiqə), Fransisko Konseysau (21,58) və Kənan Yıldız (31) fəqləniblər.
Yada salaq ki, qrupda ilk turun digər oyununda “Mançester Siti” Mərakeşin “Vidad” klubunu 2:0 hesabı ilə məğlub edib.